Link kopyalandı!
SEO Nədir? | Smartbee.az
Blog
2025-02-09 20:24

SEO Nədir?

SEO (Search Engine Optimization) – Axtarış sistemləri optimizasiyası veb saytların axtarış sistemlərində daha yaxşı sıralanmasını təmin etmək üçün həyata keçirilən strategiyalar toplusudur. Bu proses veb saytın istifadçilər tərəfindən görüntülənməsini artıraraq daha çox orqanik (ödənişsiz) trafik əldə etməsinə kömək edir. 

SEO əsasən açar söz araşdırması, məzmun optimizasiyası, texniki təkmilləşdirmələr və xarici link qurulması kimi mərhələlərdən ibarətdir. Axtarış sistemləri, məsələn Google və Bing, istifadəçilərə ən uyğun və keyfiyyətli nəticələri təqdim etmək üçün mürəkkəb alqoritmlərdən istifadə edirlər. SEO sayəsində bizneslər hədəf auditoriyasına daha asan çata və satışlarını artıra bilirlər. 

SEO niyə əhəmiyyətlidir?

SEO-nun əhəmiyyəti günümüzün rəqəmsal dünyasında getdikcə artır. Veb saytların düzgün hədəf auditoriyasına çatması və orqanik, yəni ödənişsiz trafik əldə etməsi üçün SEO vacib bir strategiyadır. Google kimi axtarış sistemlərində daha yüksək mövqelərdə yer almaq bizneslərə daha çox müştəri cəlb etməyə və markalarını tanıtmağa kömək edir. Axtarış nəticələrində üst sıralarda olmaq, istifadəçilərin etibarını qazanmaq və rəqiblər qarşısında üstünlük əldə etmək üçün əsas şərtlərdən biridir.

SEO yeni yaradılmış saytlar üçün xüsusilə vacibdir, çünki axtarış sistemləri bu saytları tanıyana qədər müəyyən optimizasiya işlərinin görülməsi lazımdır. Orijinal və keyfiyyətli məzmunun yaradılması, açar sözlərin düzgün istifadəsi və mobil dostu bir quruluşun təmin edilməsi SEO-nun əsas elementlərindəndir. Saytın indekslənməsini sürətləndirmək üçün sürətli yüklənmə, aydın naviqasiya və istifadəçi dostu interfeys kimi texniki optimizasiya işləri də həyata keçirilməlidir.

SEO-nun effektiv tətbiqi uzunmüddətli nəticələr gətirir və reklama ehtiyac olmadan saytın görünmə faizini artırır. Müasir internet istifadəçiləri, axtarışlarını əsasən Google vasitəsilə edirlər və ilk səhifədə yer alan nəticələrə daha çox güvənirlər. Bu səbəbdən SEO vasitəsilə veb saytların daha çox klik alması və potensial müştərilərə daha asan çatması mümkündür. Düzgün strategiyalarla aparılan SEO işi sayəsində bizneslər rəqəmsal bazarda güclü mövqeyə sahib ola bilərlər.

SERP nədir? SEO üçün niyə önəmlidir?

SERP (İngilis dilində "Search Engine Results Page") Azərbaycan dilinə "Axtarış Sistemi Nəticələri Səhifəsi" kimi tərcümə edilir. Hər hansı bir axtarış sistemində açar söz yazaraq axtarış etdikdə qarşınıza çıxan nəticələr siyahısıdır. Bu səhifədə müxtəlif internet saytları, reklamlar, zəngin snippet-lər, qrafiklər, SEO-ya uyğun məqalələr və digər nəticələr müxtəlif alqoritmlərə əsasən sıralanır. Google və digər axtarış sistemləri üçün SERP onlayn görüntülənmə baxımından olduqca vacibdir.

SERP-də orqanik nəticələr əhəmiyyətli yer tutur. Orqanik məzmunlar Google-ın "hörümçək" və ya "bot" adlandırılan alqoritmləri tərəfindən sıralanır. Bu botlar veb səhifəyə daxil olaraq məzmunu, başlıq quruluşunu, daxili və xarici keçidlərini, strukturlaşdırılmış məlumatlarını və digər elementləri təhlil edir. Aparılan analizlər və rəqib saytlarla müqayisələr əsasında orqanik sıralamalar formalaşır.

Düzgün və effektiv SEO strategiyası ilə SERP-də yüksək sıralarda yer almaq mümkündür. Daha yüksək mövqeyə sahib olmaq veb saytın görüntülənməsini artırır və daha çox klik almasına səbəb olur. Nəticədə, potensial müştərilərin diqqətini çəkmək və satışları artırmaq daha asan olur. Rəqəmsal bazarda uğur qazanmaq üçün SEO-nun davamlı optimizasiya edilməsi və yeni alqoritmlərə uyğunlaşdırılması vacibdir.

SEO necə işləyir? 

SEO (Axtarış Sistemi Optimizasiyası) veb saytların axtarış sistemlərində daha yüksək sıralarda yer alması üçün tətbiq olunan strategiyalar və texnikalar toplusudur. Bu proses, açar söz araşdırması, məzmun optimizasiyası, texniki SEO və xarici link qurma kimi müxtəlif mərhələlərdən ibarətdir. Axtarış sistemləri, məsələn, Google, veb səhifələri analiz edərək onların istifadəçilər üçün nə qədər faydalı və uyğun olduğunu müəyyənləşdirir. Düzgün aparılan SEO işi sayəsində veb saytlar daha çox orqanik trafik əldə edərək, hədəf auditoriyasına daha asan çata bilərlər. SEO fəaliyyətini ümumilikdə 3 qrupda təsnifləşdirmək olar: On-page SEO, off-page SEO, texniki SEO

On-Page SEO nədir və necə işləyir?

On-Page SEO, bir veb saytın müxtəlif elementlərini axtarış sistemləri üçün optimizasiya etməyə yönələn bir prosesdir. Bu proses sayəsində saytın məzmunu və texniki xüsusiyyətləri təkmilləşdirilir ki, daha yüksək sıralamalara sahib olsun. Saytın yüklənmə sürəti, açar söz istifadəsi, başlıq etiketləri və meta təsvirlər on-page SEO-nun əsas komponentlərindəndir. Axtarış sistemləri, xüsusilə Google, istifadəçilərə ən uyğun və keyfiyyətli nəticələri təqdim etmək üçün saytların strukturunu və məzmununu qiymətləndirir.

Səhifə daxili SEO-nun əsas məqsədi veb saytın orqanik trafikini artırmaq və potensial müştəriləri cəlb etməkdir. Bu optimizasiya prosesi həm axtarış sistemləri, həm də istifadəçilər üçün daha keyfiyyətli bir təcrübə yaratmağa kömək edir. Saytın başlıq etiketləri, URL strukturu və daxili keçidlər on-page SEO-nun əsas faktorlarından biridir. Google-ın alqoritm yeniləmələri on-page SEO-nun əhəmiyyətini daha da artırmışdır. Saytın təkcə yüksək sıralamalara sahib olması kifayət deyil, eyni zamanda istifadəçilər üçün faydalı və cəlbedici olmalıdır.

Dünyada hər gün milyardlarla veb səhifə yenilənir və milyonlarla yeni məqalə yayımlanır. Bu səbəbdən, axtarış sistemləri daha mürəkkəb alqoritmlərlə saytların keyfiyyətini və dəyərini qiymətləndirir. sayt daxili SEO veb saytların axtarış sistemləri tərəfindən daha yaxşı anlaşılmasına və daha üst sıralarda yer almasına kömək edir. Bu strategiyalar düzgün tətbiq edildikdə, veb saytın görüntülənməsi və kliklənmə dərəcəsi əhəmiyyətli dərəcədə artır. Google-un məlumatlarına görə, orqanik axtarış trafiki bir saytın ümumi trafikinin 90%-ni təşkil edə bilər.

On-page SEO eyni zamanda rəqəmsal marketinq strategiyalarının ayrılmaz hissəsidir. Yaxşı optimizasiya olunmuş bir veb sayt rəqiblər qarşısında üstünlük əldə etməyə və daha çox hədəf auditoriyanı cəlb etməyə kömək edir. Sayt içi optimizasiya, reklam üçün əlavə büdcə ayırmadan daha yüksək nəticələr əldə etməyə imkan yaradır. Axtarış sistemlərinin daha ağıllı hala gəlməsi ilə sayt sahibləri və marketoloqlar On-page SEO-ya daha çox diqqət yetirməlidirlər. Səhifə daxili SEO-da diqqət edilməli bir sıra nüanslar vardır ki, bunlara aşağıdakılar aiddir:

  •  Açar sözlərin: Yüksək sıralarda görünmək üçün ən vacib addımlardan biri doğru açar sözlərin istifadəsidir. İstifadəçilərin axtardığı məzmunla açar sözlərinin uyğunuğuna diqqət yetirmək vacibdir. Açar sözlər doğru seçildiyi təqdirdə məhsul və xidməti axtaran potensial müştəriyə birbaşa çatmaq, veb-sayta orqanik trafik cəlb etmək, ziyarətçiləri müştəriyə çevirmək mümkündür.
  •  Keyfiyyətli və istifadəçi dostu məzmun: Məzmun istifadəçinin axtardığı məlumat, məhsul və ya xidməti əəks etdirməlidir. Doğru hazırlanmış məzmun istifadəçi təcrübəsini təkmilləşdirir, etibarlılıq qazandırır, geri dönüşləri artırır və s.
  • Başlıq: Başlıq (meta title) bir veb-saytın ən önəmli elemenetlərindən biridir. Həm istifadəçilər, həm də axtarış sistemləri üçün səhifənin məzmunu haqqında ilk təəssüratı başlıq müəyyən edir. Dəqiq və effektiv başlıq kliklənmə nisbətlərini artırır və axtarış motorlarında daha yüksək yer tutmağa kömək edir. Axtarış nəticələrində görünmə, istifadəçi təcrübəsi və Click-Through Rates (kliklənmə sayı, qısaca CTR kimi yazılır) kimi hallara təsir edir. Doğru başlıq hazırlamaq üçün açar sözlərdən istifadə etmək, qısa və anlaşıqlı olmaq, diqqət çəkici olmaq, məzmunu doğru təsvir etmək, rəqiblərdən fərqlənmək və s. önəmlidir.
  • Meta description (Meta açıqlama): Veb-saytın axtarış sistemi nəticələri səhifələrində (SERP) başlığın altında görünən qısa xülasədir. Bu xülasə istifadəçilərə axtarış nəticələrində gördükləri nəticələr haqqında daha çox məlumat əldə etməyə kömək edir və onların hansı nəticəyə klikləmək qərarına təsir edir. Meta təsvir və ya meta açıqlama kliklənmə dərəcəsini artırır, axtarış sistemlərində səhifənizdəki mövzu haqqında ipucu verir, istifadəçi təcrübəsini təkmilləşdirir. 
  • URL strukturu: veb-saytın ünvanıdır. O, həm də axtarış sistemləri üçün mühüm rola malikdir. Doğru hazırlanmış URL həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də axtarış sistemlərində daha yaxşı yer tutmağa kömək edir. URL qısa və aydın olmalı, veb səhifənin məzmununa uyğun açar sözlərdən istifadə edilməlidir.
  • Mobil uyğunluq: Günümüzdə internetdən istifadənin çox hissəsi mobil cihazlar vasitəsilə həyata keçirilir. Mobil uyğunluq həm istifadəçi təcrübəsini yaxşılaşdırmaq, həm də axtarış sistemlərində yüksək yer tutmaq üçün çox vacibdir.
  • Sürətli yükləmə müddəti: İstifadəçilər uzun müddət gözləməyi sevmirlər. Gec açılan veb-saytdan istifadəçiləri bu səhifənin istifadəsindən çəkindirir. Bu, həm istifadəçi təcrübəsinə mənfi təsir edir, həm də axtarış sistemlərində daha aşağı reytinqlərlə nəticələnir. Sürətli yüklənmə istifadəçi təcrübəsini, geri dönüşləri, axtarış sistemi reytinqlərini yaxşılaşdırır.

Off-page SEO nədir və necə işləyir?

Off-page SEO (saytdan kənar SEO) strategiyası veb saytın axtarış sistemlərində daha yüksək sıralarda yer almasına kömək edə bilər. Bu strategiya, saytın əsas məzmunundan kənarda həyata keçirilən tədbirləri əhatə edir və markanın tanınmasına töhfə verir. Saytdan kənar SEO-nun əsas məqsədi, digər etibarlı saytlardan yüksək keyfiyyətli geri bağlantılar əldə edərək veb saytın nüfuzunu artırmaqdır. Xüsusilə kiçik bizneslər üçün digər saytlarla əməkdaşlıq edərək geri bağlantılar almaq böyük əhəmiyyət daşıyır.

Google bir saytın dəyərini müəyyən edərkən yalnız daxili məzmununu deyil, həm də digər platformalarla əlaqəsini nəzərə alır. Sosial media platformaları birbaşa SEO sıralamalarına təsir etməsə də, veb saytın daha geniş auditoriyaya çatmasına kömək edə bilər. Sayt haqqında danışılan məqalələr və sosial paylaşımlar, onun etibarını artıraraq daha çox potensial müştəri cəlb etməyə imkan yaradır. Mediya qurumları və işgüzar partnyorlarla əlaqə saxlamaq, sayta daha çox istinad qazandırmaq üçün təsirli üsullardan biridir. Güclü səhifə xarici SEO strategiyası sayəsində veb sayt uzunmüddətli perspektivdə daha çox orqanik trafik əldə edə bilər. Səhifə xarici SEO-da diqqət edilməli nüanslara daxildir:

  • Backlinklər: Bir veb-saytdan digərinə keçidlərdir. Bu linklər, axtarış sistemlərinə həmin saytın nə qədər etibarlı və dəyərli olduğunu göstərir. Backlinklər axtarış sistemi reytinqinin yaxşılaşması, trafikin artmasına müsbət təsir göstərir. Keyfiyyətli backlink etibarlı və yüksək nüfuzlu domenlərdən gəlməlidir, məzmuna uyğun olmalıdır, təbii görünməlidir.
  •  Sosial media paylaşımları: Sosial mediya günümüzün ən güclü marketinq alətlərindən biridir və geniş istifadəçi kütləsinə sahibdir. O, axtarış sistemlərinə də təsir etmək gücündədir və dolayı yolla SEO-ya təsir edir. Sosial mediya brend görünürlüyünü, orqanik trafiki, backlinkləri artırır, məzmunun indekslənməsinə yardım edir və istifadəçi davranışlarını yaxşılaşdırır. 

Texniki SEO nədir və niyə vacibdir? 

Texniki SEO veb saytın axtarış sistemləri tərəfindən daha effektiv analiz edilməsi, indekslənməsi və sıralanması üçün aparılan optimizasiya prosesidir. Bu proses saytın texniki quruluşunun təkmilləşdirilməsini, səhvlərin düzəldilməsini və axtarış sistemlərinə uyğunlaşdırılmasını əhatə edir. Saytın yüklənmə sürəti, mobil uyğunluğu, HTTPS sertifikatının mövcudluğu, URL strukturu və sayt xəritəsi kimi faktorlar texniki SEO-nun əsas elementlərindəndir.

Texniki SEO saytın məzmunundan çox, onun texniki aspektlərinə yönəlmişdir və axtarış sistemlərinin saytı daha yaxşı başa düşməsinə kömək edir. SEO mütəxəssisləri axtarış sistemlərinin alqoritmlərini və botların veb saytları necə analiz edildiyini anlayaraq optimizasiya işlərini həyata keçirirlər. Saytın məzmununun düzgün indekslənməsi və istifadəçilər üçün rahat naviqasiya təmin edilməsi texniki SEO-nun əsas məqsədlərindəndir.

Mobil uyğunluq da texniki SEO-nun vacib elementlərindən biridir, çünki Google və digər axtarış sistemləri saytların mobil dostu olmasını müsbət qiymətləndirir. Saytın təhlükəsizliyinin artırılması, robots.txt faylı ilə axtarış sistemlərinə istiqamət verilməsi və səhv URL-lərin (404 səhifələrin) aradan qaldırılması optimizasiya prosesinin ayrılmaz hissəsidir. Saytın daxili keçidlərinin düzgün qurulması və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün lazımsız pop-upların aradan qaldırılması da texniki SEO-nun üstünlüklərindən biridir.

Axtarış sistemlərinə saytın strukturunu başa düşməyə kömək edən bir başqa vasitə isə strukturlaşdırılmış verilənlər və sayt xəritəsidir. Bunlar axtarış sistemlərinə saytın məzmununu daha yaxşı anlamağa imkan verir və nəticədə səhifələrin axtarış nəticələrində daha düzgün göstərilməsini təmin edir.

Texniki SEO-nun ən böyük üstünlüklərindən biri, veb saytın sürətini artıraraq istifadəçiləri daha uzun müddət saytda saxlamasıdır. Saytın texniki cəhətdən sağlam olması, axtarış sistemləri tərəfindən daha yaxşı qiymətləndirilməsinə və nəticədə daha çox orqanik trafik əldə etməsinə şərait yaradır. Uzunmüddətli perspektivdə texniki SEO, saytın rəqabət üstünlüyünü artıraraq istifadəçilər və axtarış sistemləri üçün daha əlverişli bir mühit yaradır.