Tez-tez verilen suallar

Ödəməni hansı formada etmək olar?
Ödəməni aşağıdakı formalarda etmək mümkündür: 1. Plastik kartla online ödəniş 2. Müqavilə əsasında bank köçürmə yolu 3. Nağd şəkildə
Reklamların qiyməti necə hesablanır?

SmartBee platformasında həm CPM (hər 1000 göstərimə görə), həm də PPC (pay-per-click, yəni hər klikə görə ödəniş) ilə qiymət hesablanması həyata keçirilir. Reklamların qiyməti müxtəlif faktorlardan (reklamverən şirkət, onun büdcəsi, reklam kreativinin cəlbedici olması, targetinq parametrləri və s.) asılı olaraq dəyişir.

Reklam yerləşdirmək üçün qiymətlərlə burada tanış ola bilərsiniz.

Reklamları yayımlamaq üçün minimum məbləğ nə qədər olmalıdır?

Minimum ilkin balans məbləği 10 AZN-dir.

Reklamlarımız harada görünəcək?

Reklamlarınız SmartBee-yə qoşulmuş çoxsaylı internet saytlarında - sizin sifarişin məbləğinə uyğun olaraq, sistem tərəfindən avtomatik və ağıllı alqoritmlər tərəfindən göstərilir. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret kateqoruyalarda görünməsini də ayarlaya bilərsiniz.

Hansı hədəf seçmə metodları var?

SmartBee Azərbaycanda geniş və funksional targetinq imkanlarını təklif edən sistemdir. Aşağıdakı paramterlər üzrə hədəfləmə imkanları var:

  • Cihazlar (destkop, tablet, mobil)
  • Əməliyyat sistemləri üzrə (Android, iOS və s.)
  • Ölkə (Azərbaycan, Rusiya, Türkiyə və s.)
  • Dil (Azərbaycan, rus, ingilis)
  • Həftənin günləri
  • Açar-kəlmələr

Açar-kəlmələr üzrə reklam (sizin reklamınız yalnız kontentində seçdiyiniz söz olan səhifələrdə yayımlanacaq) ən effektiv və bənzərsiz hədəfləmə imkanımızdır.

Biz daimi və uğurlu müştərilərimiz üçün xüsusi hədəfləmə imkanları da yaradırıq.

Reklamın göstəriləcəyi saytları seçmək mümkündürmü?

Reklamın məhz hansı saytlarda görünməsini, eləcə də hansı saytlarda görünməsinə qadağa qoyulmasını (bloklanmasını) seçmək mümkündür.

Qeyd edək ki, hədəfin daralması reklamların yerləşmə qiymətinə təsir edir.

Ən çox istifadə olunan reklam ölçüləri hansılardır?

Ən populyar reklam ölçüləri: 300x250, 160x600, 320x100 və 728x90. Bu ölçülər daha çox sayt tərəfindən yerləşdirilmişdir.

Hansı reklam formatları dəstəklənir?

SmartBee Azərbaycanda geniş rəqəmsal reklam formatlarını dəstəkləyən resursdur.

  • Sabit .png, .jpg
  • Hərəkətli (HTML5 banner, .gif animasiya)
  • Rich media (catfish, pop-up, pop-under, screen-glide və s.)
  • Tizer və qrafik-mətn bloklu reklam (mətn+şəkil+başlıq)
  • Video-reklamlar (outstream in-page, pre-roll, mid-roll, post-roll)

 

Özəl sifarişlər üçün fərqli format və ölçülər də hazırlayırıq.

Reklam yerləşdirməklə bağlı sualım var. Nə edim?

Əlaqə üçün telefon: +994507910786

E-mail: [email protected]

HTML banner tipli reklam elanı yerləşdirərkən nələrə diqqət etməliyik?

HTML banner tipli reklam elanı yerləşdirərkən diqqət yetirəcəyiniz əsas məsələ yükləyəcəyiniz faylın html fayllar və qovluqlar ilə birlikdə zip formatında olmasıdır.

Əgər yerləşdirəcəyiniz banner Google üçün nəzərdə tutulubsa, kənar fayllar dəstəklənmədiyinə görə JavaScript, CSS və s. kimi əlavə kitabxanaların yüklənməsi məqsədəuyğun deyil.

Əgər yerləşdirəcəyiniz reklam elanı Smartbee üçün nəzərdə tutulubsa, HTML faylının içərisində reklama aid linkin qoyulması, link teqinin içərisində reklam linkinin qoyulması, open-window və yaxud clicktag funksiyasının istifadə edilməsi məqsədəuyğun deyil. Link teqlərinin içərisinə hər yerə standart olaraq {ad_url} yazılmalıdır.

Əgər bir kampaniyaya aid bir neçə reklam elanı yaratmaq istəyirsinizsə, bu halda reklam elanlarını tək-tək deyil, multiple şəkildə əlavə etmək lazımdır. Bu halda bannerlərin ölçülərini yerləşdirəcəyiniz HTML faylının “head” hissəsində meta teqi vasitəsi ilə əlavə etmək lazımdır.

Nümunə kod <meta name="ad.size" content="width=300,height=250">

Müqavilə nümunəsini haradan tapa bilərəm?

Müqavilə nümunəsini linkə klikləyərək əldə edə bilərsiniz. Hər-hansısa sualınız olarsa aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz

+994 50 791 07 86