Aşağıdakı istifadə şərtləri (“İstifadə şərtləri”) sizinlə smartbee.az arasında bağlanan, smartbee.az və onunla əlaqədar bütün məzmunun (hamısı birlikdə “xidmət” adlanır) tərəfinizdən istifadə edilməsini tənzimləyən hüquqi razılaşmadır.
XİDMƏTDƏN İSTİFADƏ ETMƏKLƏ İSTİFADƏ ŞƏRTLƏRİ İLƏ RAZILAŞMIŞ OLURSUNUZ; RAZI DEYİLSİNİZSƏ, XİDMƏTDƏN İSTİFADƏ ETMƏYİN.
Smartbee.az bu istifadə şərtlərinə istənilən vaxt və bizim qərarımızla düzəliş etmə hüququna malikdir. Bu düzəlişlərə razı deyilsinizsə, xidmətdən istifadəni dayandırmalısınız. İstifadə şərtlərinə düzəliş edildikdən sonra xidmətdən istifadə etsəniz, yeni yaxud düzəliş edilmiş şərtləri qəbul etmiş sayılacaqsınız.
Xidmətdən istifadə; məhdudiyyətlər
İstifadə şərtlərinə əsasən, sizə xidmətdən istifadə hüququ verilir. Xidmətdən istifadə etməyi öz təşəbbüsünüzlə seçirsiniz və xidmətdən ancaq bu şərtlər, hər hansı qüvvədə olan qanunlar, normativlər və ya smartbee.az tərəfindən irəli sürülən əlavə siyasət və ya qaydalar çərçivəsində istifadə etməyə razılıq verirsiniz. Xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsi bütün dillərdə və ya ölkələrdə mövcud olmaya bilər. Smartbee.az xidmət və ya onun hər hansı funksiyası yaxud hissəsinin müəyyən bir yerdə mövcud olacağına zəmanət vermir.
Bunları etməməlisiniz:
(a) Xidmət vasitəsilə təmin edilən hiperlinklər, sənədlər, hüquqi bildirişlər və ya müəllif hüquqları, əmtəə nişanları və ya hər hansı mülkiyyət hüquqlarına müdaxilə etmək, dəyişmək və ya ixtisara salmaq;
(b) Xidmətin məzmununu yaxud məlumatlarının hər hansı bir hissəsini icazəsiz köçürmək, götürmək yaxud yenidən istismar etmək məqsədilə, habelə xidmətdən əldə edilən nəticələrə əsasən məlumat bazalarını yaratmaq məqsədilə istifadə etmək;
(c) Xidmətin yaxud onun hər hansı hissəsinin törəməsini icazəsiz yaratmaq və ya onu yenidən hazırlamaq, dəyişmək və ya köçürmək;
(d) Xidmət yaxud onun bir hissəsini parçalamaq, şifrini açmaq, əks-mühəndislik işləri aparmaq, sökmək və ya mənbə kodunu çıxarmağa çalışmaq;
(e) Xidmət və ya hər hansı bir hissəsinin istifadə hüququnu icazəsiz istənilən məqsədlə icarəyə, lizinqə, kreditə, sublisenziya ilə vermək, yayımlamaq, ötürmək, satmaq və ya paylamaq;
(f) Xidmətdən şərtləri pozaraq və ya qadağan olunmuş işlər üçün istifadə etmək, məsələn: xidmətdən istifadə edərək kompüter virusları, troyanlar və ya digər zərərli proqramlar yoluxdurmaq və ya zorla müdaxilə edərək, şəbəkə yükünü artırmaq və ya digər şəxslərin xidmətdən istifadəsinə mane olmaq; və ya
(g) Xidmətdən başqa tərəflərin hüquqlarını pozacaq, onları təhlükə qarşısında qoyacaq, adına ləkə gətirəcək şəkildə sui-istifadə etmək, siz həmçinin razılaşırsınız ki, smartbee.az belə istifadə hallarına görə heç bir məsuliyyət daşımır.
Smartbee.az və yaxud onun lisenziyaçıları və ya təchizatçıları xidmətdən istifadə, səhv istifadə, etibar etmə, istifadə edə bilməmə, fasilə, dayanma və ya ləğv edilmə, o cümlədən, sistem səhvləri, şəbəkə hücumları, planlı, yaxud plansız təmir işlərinə gör fasilələrə kimi hallar səbəbindən yaranan zərər və ya itkiyə görə heç bir məsuliyyət daşımır.
Siz qəbul edir və razılaşırsınız ki, xidmət smartbee.az və onun lisenziyaçıları və təchizatçılarının sahib olduğu yaxud lisenziya ilə təmin etdiyi mülkiyyətə məxsus məzmun, məlumat və material ehtiva edir və müvafiq əqli mülkiyyət və digər qanunlarla, o cümlədən müəllif hüququ, patent, əmtəə nişanı və ticarət sirri ilə qorunur və razılaşırsınız ki, mülkiyyətə məxsus belə məzmun, məlumat və materialları bu istifadə şərtlərini pozacaq tərzdə və smartbee.az yaxud üçüncü tərəflərin əqli mülkiyyət hüquqlarını pozacaq tərzdə istifadə etməyəcəksiniz. Xidmətin heç bir hissəsi, o cümlədən hər hansı məzmunu qismən yaxud tamamən yenidən yaradıla bilməz və siz belə icazəsiz köçürmə yaxud açıqlamağa görə məsuliyyətə cəlb oluna bilərsiniz.
Smartbee.az, smartbee.az loqosu və xidmətlə əlaqədar istifadə olunan digər şirkətlərə aid əmtəə nişanları, xidmət nişanları, qrafika və loqoları müvafiq şirkətlərin əmtəə nişanları və yaxud ölkələrdə qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Xidmətlə əlaqədar istifadə olunan digər əmtəə nişanları və ya loqolar onların müvafiq sahiblərinin əmtəə nişanları ola bilər. Yuxarıda qeyd edilən əmtəə nişanlarına dair sizə heç bir hüquq yaxud lisenziya verilmir və siz razılaşırsınız ki, Xidmət çərçivəsində təmin edilən mülkiyyət bildirişlərini (o cümlədən, əmtəə nişanı və müəllif hüququ bildirişləri) ixtisara salmayacaq və ya dəyişməyəcəksiniz.
Bu istifadə şərtləri Azərbaycan Respublikasının (qanun ziddiyyəti prinsipləri istisna olmaqla) qanunlarına əsasən tənzimlənəcəkdir. Siz Azərbaycan Respublikasının məhkəmələrində məsələlərə baxılmasına razılıq verir və bu məkan və yurisdiksiyaya etiraz bildirmirsiniz. Əgər səlahiyyətli məhkəmə hər hansı bir müddəa yaxud onun bir hissəsini məqbul hesab etməsə, istifadə şərtlərinin qalan müddəaları tam qüvvə ilə tətbiq edilməyə davam edəcəkdir.
Xidmətin bəzi hissələrində üçüncü tərəf təchizatçıların məzmun yaxud proqram təminatları istifadə oluna bilər.