Link kopyalandı!
Semantik SEO nədir? | Smartbee.az
Blog
2025-02-23 20:50

Semantik SEO nədir?

Google daim öz istiafdəçilərinin suallarını effektiv şəkildə cavablamağa və onları ən əlaqəli nəticələrlə təmin etməyə çalışır. Buna görə də o, saytların daxili, xarici və texniki olaraq optimallaşdırılması ilə kifayətlənməyərək sıralama zamanı semantik optimallaşdırmanı da nəzərə alır.

Semantik SEO, axtarış sistemlərinin məzmunu daha yaxşı başa düşməsi və istifadəçilərin niyyətinə uyğun nəticələr göstərməsi üçün məqalələrin kontekstini və əlaqəli mövzularını optimallaşdırmaq prosesidir. Semantik SEO birbaşa saytın məzmunu ilə əlaqənir. Axtarış sistemləri əlaqəli məzmun axtarışında olanda, mövcud məzmunları anlamağa çalışır və faydalı hesab etdiyi məzmunları ön sırada göstərir. Bunun üçün o, təkcə açar sözlərin mövcudluğundan deyil, həm də saytdakı məzmunun verilən sualı ətraflı şəkildə cavablandırdığından əmin olmağa çalışır. Burada bizim əsas fəaliyyətimiz açar sözlərin sinonimləri və onlarla yaxın mənaya gələcək ifadələri effektiv şəkildə məzmunumuza yerləşdirərək onu anlamlı hala gətirməkdir. 

Semantik SEO Necə Edilir?

Semantik SEO yalnız açar sözlərə deyil, mövzunun kontekstinə, sinonimlərə və əlaqəli ifadələrə də əsaslanır. Axtarış motorları artıq təkcə açar sözləri deyil, məzmunun ümumi mənasını və istifadəçinin məqsədini nəzərə alaraq nəticələri sıralayır. Buna görə də, daha təbii və dəyərli məzmun yaratmaq, həm istifadəçilər, həm də axtarış sistemləri üçün böyük əhəmiyyət daşıyır. Semantik optimallaşdırma zamanı saytla bağlı bir neçə nüans var ki, onlara xüsusi diqqət yetirmək lazımdır:

Məzmun

Semantik optimallaşdırma anlayışını əslində elə bir başa məzmunun optimallaşdırılması kimi anlaya bilərik. Məzmun hazırlamağa başlamamışdan öncə, özümüzü istifadəçinin yerinə qoyaraq müxtəlif suallar verməli və sanki  bu suallara cavab verirmiş kimi məzmunu hazırlamalıqyıq. Məzmunu kimlər üçün hazırlayacağımızı dəqiqləşdirməli və hədəf auditoriyamıza onların anlaya biləcəkləri dildə xitab etməliyik. Məsələn, “SEO nədir?” açar sözü üçün çətin dildə və terminlərlə dolu bir məqalə yazsaq, çox güman ki istifadəçi mətni oxumaqdan imtina edərək saytımızı tərk edəcək. Biz anlamalıyıq ki, “SEO nədir?” sualını verən birinin sadə, eyni zamanda dolğun bir izaha ehtiyac duyur və ilkin məlumatları əldə etmək istəyir, sahənin dərinliklərinə enən və ilk baxışdan anlaşılmayacaq terminlərin hücumuna məruz qalmaq yox.

Açar söz

Yuxarıda qeyd etdiyim kimi, Google faydalı və əlaqəli hesab etiyi məzmunları öz itiafdəçilərinə layiq görür, buna görə də mövcud məzmunları diqqətlə yoxlamadan keçirir. Bu məqamda biz, lazımı açar sözləri taparaq məzmunumuza yerləşdirməli və Googla`a mətnimizin nədən bəsh etdiyini ətraflı şəkildə izah etməliyik. Lazımi açar sözlər dedikdə isə, burada əsas açar sözlə yanaşı, onun sinonimi və ya onunla əlaqəli olan söz və ifadələr də nəzərdə tutulur. Məsələn, “SEO” anlayışını başqa 4 sözlə izah etməyə çalışaq- rəqəmsal marketinq, açar sözlər, meta title, axtarış sistemləri. Gördüyünüz kimi, bu 4 söz vasitəsilə biz mövzunun SEO olduğunu anlaya bilirik.

Semantik optimallaşdırmada açar söz araşdırması edərkən onları mikro, makro və əlaqəli olaraq 3 hissəyə ayıra bilərik. Makro açar sözlər əsas açar sözə nəzərən daha geniş anlayışlardan ibarət olub, əsas açar sözü öz tərkibinə daxil edir. Mikro açar sözlər isə əsas açar sözün tərkibinə daxil olub, onun müəyyən hissəsini təşkil edir. Məsələn “Seo nədir” açar sözünə uyğun makro açar sözlər onun aid olduğu daha böyük anlayışlar olmalıdır-rəqəmsal marketinq, marketinq, və.s. Mikro açar sözlər isə, əksinə əsas açar sözün tərkibinə daxil olmalı və daha spesifik olmalıdır-on page seo, açar sözlər, axtarış sistemləri, meta title, alt etiket, və s. Əlaqəli açar sözlər isə əsas açar sözün tərkibinə daxil olmur və onu əhatə etmir, sadəcə onunla mənaca əlaqəli olur. Məsələn, əsas açar söz “pəhriz” olduğu halda, “idman” əlaqəli açar söz ola bilər.

Ən əlaqəli açar sözlərin təyin olunması üçün, açar söz araşdırması etmək lazımdır ki, bunu da kimi toollar vasitəsilə həyata keçirə bilərsiniz. Bu alətlərdən əlavə açar söz araşdırması üçün əlavə yollara da üz tuta bilərsiniz: 

  • Açar sözünüzün bir qismini yazaraq digər nümunələrlə də tanış ola, onlardan mözvunuza aid olanları mövcud açar sözlər arasına əlavə edə bilərsiniz.
  • Nəticələrin əks olunduğu ilk səhifənin sonuna gəldikdə axtraışa verdiyiniz ifadəylə əlaqəli digər axtarışlar da əks olunur ki, məqalə yazarkən bu hissənin də idealarınıza faydası toxuna bilər.

Düzgün açar sözlərin seçilib yerində və qədərində işlədilməsi olduqca əhəmiyyətli məsələdir. Əgər biz məqaləmizi ancaq açar sözlərdən ibarət ifadə yığınına çevirsək, bu zaman həm məzmunumuz istifadəçilər üçün mənasız hala gələcək, həm də Google bu halı spam olaraq qəbul edəcək. Nəticədə saytınız sıralama zamanı öndə olmayacaq. 

Headers

Semantik optimallaşdırma zamanı məzmuna aid hər bir hissə diqqətə alındığı üçün headers, yəni alt başlıqların optimallaşdırılmasını da nəzərə almalıyıq. Headers H1-dən H6-ya qədər ardıcıllıqla sıralanır və burada başlıqların iyerarxik şəkildə düzülməsi olduqca önəmlidir. Sıralanmadan əlavə başlıqların məzmunu düzgün şəkildə böldüyündən, və məzmun haqqında ilkin təsəvvür yaratdığından əmin olmalıyıq. Saytın bu hissəsinin düzgün optimallaşdırılması Google`a məqaləmzin hansı ardıcıllıqla irəlilədiyini və nədən bəhs etdiyini qısa şəkildə izah etməyə yardımcı olur. 

Faydalı və hədəf kütləsi tərəfindən maraqla oxunan bir məzmuna sahib olamaq üçün hər bir sayt semantik optimallaşdırma prosesini uğurla başa vurmalıdır. Əks halda saytınız, auditoriyanızın və axtarış sistemlərinin yaddaşında yararsız və əlaqəsiz məzmuna sahib bir sayt kimi qalacaq.