Link kopyalandı!
Tiktok Ads Manager-də Reklamlara Necə Başlaya Bilərsiniz? | Smartbee.az
Blog
2025-05-30 10:27

Tiktok Ads Manager-də Reklamlara Necə Başlaya Bilərsiniz?

TikTok reklamları sürətlə böyüyən platformada brend və ya məhsulunuzu daha geniş auditoriyaya çatdırmaq üçün istifadə olunan ödənişli tanıtım məzmunlarıdır. Bu reklamlar TikTok-un qısa və dinamik video formatına uyğun şəkildə hazırlanaraq istifadəçilərin videoları arasında təbii şəkildə görünür. Reklam formatları müxtəlifdir: in-feed videolar, brendə aid hashtag çağırışları, sponsorlara məxsus effektlər, TopView reklamları bu sıralamaya daxildir. Brendlər bu imkanlardan istifadə edərək izləyici sayı artırmaq, saytlarına trafik yönləndirmək və satışlarını yüksəltmək məqsədi ilə hədəflənmiş kampaniyalar həyata keçirə bilirlər. TikTok reklamları güclü alqoritmik dəstək, yaradıcı vizual imkanlar və gənc, aktiv auditoriya sayəsində effektiv nəticələr təqdim edir. Bu yazıda TikTok reklamı verməyin yolları, reklam kampaniyasının yaradılması ilə bağlı məlumatları sizinlə bölüşəcəyik. 

TikTok-da reklam verməyin hansı yolları var?

TikTok platformasında reklam verməyin iki əsas yolu var: TikTok Promotion funksiyası və TikTok Ads Manager paneli ilə. TikTok Promotion tətbiq daxilində birbaşa istifadə olunan və mövcud orqanik videonu bir neçə kliklə reklama çevirən sadə funksiyadır. Bu üsul izləyici sayı artırmaq, video izlənmələrini artırmaq və profil baxışlarını yüksəltmək üçün əlverişlidir. TikTok Ads Manager isə daha peşəkar və geniş imkanlı reklam idarəetmə sistemidir. Bu platforma vasitəsilə hədəflənmiş reklam kampaniyaları qurmaq, müxtəlif reklam formatları seçmək və nəticələri dərindən analiz etmək mümkündür.

Tiktok Promotion funksiyasından istifadə

TikTok Promote 2021-ci ildə istifadəyə verilmiş və istifadəçilərə öz orqanik videolarını tez bir şəkildə reklama çevirmək imkanı verən tətbiqdaxili reklam xüsusiyyətidir. Bu funksiya vasitəsilə videoya baxış sayı, veb sayt ziyarətləri, izləyici sayı, mesajlar və profil baxışları artırıla bilər. Promote funksiyası ilə reklam yerləşdirmək yalnız bir neçə klik tələb edir: məqsədi seçin, auditoriyanı müəyyənləşdirin, büdcə və müddət təyin edin və ödənişi həyata keçirin. Kampaniya başladıqdan sonra funksiyanın daxilində video baxışları, bəyənmələr, şərhlər, paylaşımlar və kliklər kimi əsas göstəricilərlə performans təhlili mümkündür. Həmçinin reklamla qarşılıqlı əlaqədə olan istifadəçilərin yaş və cinsinə dair məlumatlar da təqdim olunur. TikTok Promote sadə interfeysi və çevik imkanları ilə tez nəticə əldə etmək istəyən istifadəçilər üçün əlverişli seçimdir.

Tiktok Promotion funksiyasından istifadə

TikTok Promote funksiyasının üstünlükləri ondan ibarətdir ki, o, istifadəçilərə mövcud videolarını asanlıqla reklam etməyə və daha geniş auditoriyaya çatdırmağa imkan verir. Bu xüsusiyyət həm izləyici sayını artırmaq, həm də profilə trafik cəlb etmək baxımından sürətli və effektiv bir vasitədir. Eyni zamanda, Promote funksiyası sadə interfeysi ilə texniki bilik tələb etmədən hər kəs üçün əlçatan reklam imkanları yaradır. TikTok Promote funksiyasının əsas üstünlükləri aşağıdakılardır:

  • Məzmununuzu daha geniş auditoriyaya çatdırır: TikTok Promote funksiyası videolarınızı daha çox insanın qarşısına çıxararaq izlənmə və tanınma imkanlarını artırır.
  • Orqanik məzmunun effektivliyini maksimuma çatdırır: TikTok-un klassik reklam kampaniyaları bəzən çətin görünə bilər, amma Promote funksiyası ilə hər hansı bir orqanik videonu sadəcə bir neçə kliklə reklama çevirmək mümkündür.
  • İzləyici davranışlarını daha yaxşı öyrənməyə imkan verir: Promote vasitəsilə videonuzun nəticələrini və auditoriyanın reaksiyasını analiz edə, gələcək məzmun strategiyanızı daha düzgün qura bilərsiniz.
  • Büdcəyə uyğun və əlverişlidir: Günlük cəmi $1 minimum xərclə reklam yerləşdirmək mümkündür, bu isə kiçik büdcəli kampaniyalar üçün idealdır.
  • Əlavə genişlənmiş imkanlar təqdim edir: Kiçik bizneslər influencerlərlə əməkdaşlıq edərək onların videolarını və ya canlı yayımlarını boost edə bilər. Yeni istifadəyə verilmiş “Promotional Pack” funksiyası ilə isə əvvəlcədən minimum baxış sayı təmin edilən reklam paketləri satın almaq mümkündür.

Bu üstünlüklər sayəsində TikTok Promote həm yeni başlayanlar, həm də sosial media strategiyasını gücləndirmək istəyən markalar üçün səmərəli alətə çevrilir.

Tiktok Ads Manager vasitəsilə necə reklam verə bilərsiniz? 

TikTok-da ilk reklam kampaniyanızın uğur qazanmasını istəyirsinizsə, doğru yerdəsiniz. Biz sizə bu yolda lazım olan bütün əsas addımları göstərməyə hazırıq. TikTok Ads Manager hesabının yaradılmasından başlayaraq, ilk reklamınızın necə yayımlanacağına qədər olan prosesi izah edəcəyik. Məqsədimiz reklam fəaliyyətinizin effektiv və uğurlu olmasını təmin etməkdir.

1. TikTok Ads Manager hesabı yaradın

Azərbaycanda hazırda birbaşa TikTok Ads Manager hesabı yaratmaq texniki olaraq mümkün deyil. Bu səbəbdən, TikTok-un Azərbaycandakı rəsmi tərəfdaşı olan Smartbee vasitəsilə reklam hesabı açmaq ən doğru və rəsmi yoldur. Smartbee sizin adınızdan TikTok platformasında biznes hesabı yaradaraq reklam fəaliyyətlərinizi idarə etməyə imkan verir. Bu yanaşma həm hüquqi baxımdan təhlükəsiz, həm də texniki baxımdan daha rahatdır. Gəlin, indi Smartbee vasitəsilə TikTok Ads Manager hesabının necə yaradıldığını addım-addım izah edək.

Smartbee vasitəsilə hesab yaradarkən ilk olaraq https://smartbee.az/az/tiktok səhifəsinə daxil oluruq. Burada “Mənim Kabinetim” düyməsinə klikləyirik. Şəkil

Düyməyə kliklədikdən sonra yeni səhifə açılır ki, burada yerləşən xanalara uyğun olaraq məlumatlarınızı doldurursunuz.

Tiktok manager hesabı yaradın 2

Qeydiyyatdan keçdikdən sonra açılan səhifədə “My Account” hissəsinə keçid edirsiniz.

Tiktok manager hesabı yaradın addım 3

Açılan səhifədə biznesinizin adını, VÖEN nömrəsini və TikTok hesabınızı əlavə edirsiniz. Bütün məlumatlarınızın doğru olduğuna əmin olduqdan sonra, yadda saxlayırsınız.

Tiktok manager hesabı yaradın addım 4

Hesaba məlumatlar daxil etdikdən sonra “Dashboard” bölməsinə keçid edirik. Burada “Balance” hissəsinə keçid edərək minimum 250$ məbləğində büdcə təyin edirik. 

Tiktok manager hesabı yaradın addım 5

Bütün addımlar tamamlandıqdan sonra 3 iş günü ərzində e-mail vasitəsilə TikTok Ads Manager hesabınız sizə təhvil veriləcəkdir.

2. TikTok reklam kampaniyası yaradın

TikTok Ads Manager hesabınızı uğurla yaratdıqdan sonra sizi reklam yaratma mərhələsinə yönləndirəcəklər və ilk addım olaraq kampaniya məqsədinizi seçməyiniz tələb olunacaq. Əgər dərhal prosesi başlatmağa hazır deyilsinizsə, narahat olmağa ehtiyac yoxdur. İstədiyiniz zaman panelinizdəki qırmızı “Reklam yarat” düyməsini klikləyərək bu mərhələyə qayıda bilərsiniz. Bu çeviklik sayəsində reklamlarınızı istədiyiniz vaxt planlaya və idarə edə bilərsiniz.

TikTok reklam kampaniyası yaradın

3. Kampaniya hədəfinizi müəyyənləşdirin

Kampaniya məqsədiniz reklam strategiyanızın istiqamətini müəyyən edən əsas bələdçidir və auditoriyanızın reklamla qarşılaşdıqda hansı addımı atmasını istədiyinizi göstərir. Məqsədiniz veb sayt ziyarətləri, məhsul satışları və ya sadəcə brend tanıtımı ola bilər. TikTok Ads Manager bu məqsədləri üç əsas kateqoriyaya bölür: Awareness, Consideration və Conversion. Hər bir kateqoriya fərqli nəticələr və strategiyalar üçün nəzərdə tutulmuşdur.

Kampaniya hədəfinizi müəyyənləşdirin

4. Hədəf auditoriyanızı seçin

Reklamlarınızı kimlərin görməsini istədiyinizi müəyyənləşdirmək uğurlu kampaniyanın əsas mərhələsidir. TikTok Ads Manager bu baxımdan geniş seçim imkanı təqdim edir. Yer, demoqrafik göstəricilər, maraq dairələri, davranışlar və hətta cihaz növləri üzrə hədəfləmə aparmaq mümkündür. Əksər reklamverənlər üçün geniş hədəfləmə ideal bir başlanğıc nöqtəsi sayılır və xüsusilə TikTok-un avtomatik hədəfləmə xüsusiyyəti bu yanaşmanın təsirini artırır. Daha təcrübəli reklamverənlər belə, geniş hədəfləmənin nəticələrini daha inkişaf etmiş üsullarla müqayisə edərək sınaqdan keçirməli və strateji qərarlar verməlidirlər.

Hədəf auditoriyanızı seçin

5. Kampaniya üçün büdcənizi və proqramınızı təyin edin

Reklam kampaniyanızı qurarkən sizə gündəlik büdcə və ya ümumi (ömür boyu) büdcə təyin etmə imkanı təqdim olunacaq. Bu büdcə reklamınızın göstəriləcəyi müddət ərzində xərcləməyə hazır olduğunuz məbləği ifadə edir. Gündəlik büdcə seçimi ilə hər gün sabit məbləğdə xərcləmə aparılır, ümumi büdcə ilə isə bütün kampaniya müddətinə nəzarət mümkündür. Doğru büdcə seçimi reklamın davamlılığını və effektivliyini təmin etmək üçün vacibdir.

 

Kampaniya üçün büdcənizi və proqramınızı təyin edin

6. Yaradıcı məzmunun hazırlanması

İndi isə yeni auditoriyaya çatmağın son addımı olan yaradıcı məzmununuzu əlavə etmək vaxtıdır. Daha öncədən hazırladığınız diqqətçəkici videonu yükləyə və ya sahib olduğunuz TikTok hesabınıza qoşularaq canlı paylaşımlar üzərindən reklamınızı yayımlaya bilərsiniz. Əgər yaradıcı ideyanız yoxdursa, “Tools” bölməsində yerləşən yaradıcı alətlər paneli sizə bu sahədə dəstək olacaq. Bu alətlər sayəsində daha cəlbedici və effektiv video məzmunlar hazırlamaq asanlaşır.

Niyə Tiktok Ads Manager vasitəsilə reklam verməlisiniz?

TikTok sürətlə böyüyən istifadəçi bazası və yüksək qarşılıqlı əlaqə səviyyəsi ilə brendlərə unikal reklam imkanları təqdim edir. Platforma həm kreativ məzmun yaratmağa, həm də hədəf auditoriyanı dəqiq şəkildə seçərək effektiv kampaniyalar qurmağa şərait yaradır. TikTok-da reklam verməyiniz üçün bəzi səbəblərə nəzər salaq:

  • Əhatəli qlobal auditoriya: TikTok son illərdə dünyanın ən çox yüklənən tətbiqlərindən birinə çevrilib və bir milyarddan çox istifadəçi əylənmək, məlumat almaq və alış-veriş etmək üçün buraya daxil olur.
  • Effektiv qarşılıqlı əlaqə: TikTok-un əyləncəli və yaradıcı formatı yüksək səviyyəli istifadəçi cəlbinə şərait yaradır və reklamlarınızın effektivliyini artırır.
  • Yaradıcı reklam formatları və alətlər: Müxtəlif reklam formatları və şablonlar sayəsində yaradıcılığınızı sərbəst şəkildə ifadə edə bilərsiniz. Üstəlik, istifadəçi dostu alətlərlə videolarınızı asanlıqla cəlbedici reklamlara çevirə bilərsiniz.
  • Güclü kampaniya idarəetməsi: TikTok Ads Manager vasitəsilə bütün reklam fəaliyyətlərinizi bir yerdə idarə edə, kampaniyalarınızı rahatlıqla hazırlaya, işə sala və effektivliyini ölçə bilərsiniz.
  • Nəticəyönümlü reklam hədəfləri: TikTok Ads Manager-in strukturlaşdırılmış hədəfləmə yanaşması ilə reklam məqsədlərinizi konkretləşdirə və strateji nəticələr əldə edə bilərsiniz. Marka tanınırlığını yüksəltmək, istifadəçi marağını cəlb etmək və ya satışları artırmaq istəyirsinizsə, məqsədinizdən asılı olmayaraq uyğun nəticələrə çatmağınız mümkün ola bilər.
  • Dəqiq auditoriya hədəflənməsi: Auditoriyanızı cinsiyyət, yaş, maraq dairələri və digər unikal göstəricilər üzrə dəqiq şəkildə hədəfləyərək potensial müştərilərinizlə asanlıqla əlaqə yarada bilərsiniz.
  • Hərtərəfli analitika və ölçüm: Reklamlarınızın performansını detallı və fərdiləşdirilmiş hesabatlarla izləyə, nəticələri rahatlıqla analiz edə və kampaniyalarınızı daha effektiv hala gətirə bilərsiniz.