Link kopyalandı!
Real Time Marketing Nədir? | Smartbee.az
Blog
2025-04-13 20:09

Real Time Marketing Nədir?

Real Time Marketing istifadəçilərin davranışlarına, aktual trendlərə və gündəmdəki hadisələrə əsaslanaraq ani və uyğun mesajlarla hədəf auditoriyaya çatmağı hədəfləyən müasir marketinq strategiyasıdır. Bu yanaşma xüsusilə sosial media platformalarında müştəri ehtiyaclarını dinləmək, analiz etmək və həmin anda reaksiya verə biləcək təsirli məzmun yaratmaq üzərində qurulur. Məsələn bir istifadəçi müəyyən bir mövzu ilə maraqlandıqda və ya bu barədə paylaşım etdikdə, ona uyğun reklam və ya mesaj real vaxtda təqdim olunur. Bu da markaya olan mövcud maraqdan faydalanaraq istifadəçinin diqqətini cəlb etməyə imkan verir. Real Time Marketing əsasən mövsümi kampaniyalar, mədəni və ya idman hadisələri, ictimai reaksiyalar və istifadəçilərin geri bildirişlərinə cavab verməklə həyata keçirilir. Brendlər bu strategiya ilə müştərilərinə daha yaxın görünür, çünki verilən mesajlar süni planlamadan çox, həqiqi vəziyyətlərə əsaslanır və insanlara toxunan məzmunlar təqdim edir. Şirkətlər qəfil dəyişən trendlərə və gözlənilməz hadisələrə qarşı hazırlıqlı olmalı, həm texniki, həm də məzmun baxımından çevik və sürətli şəkildə reaksiya verə bilməlidir. Bu strategiyanın uğurlu olması üçün markalar öncədən sosial media monitorinqi, trend analizi, kontent şablonları və daxili təsdiq proseslərini hazır saxlamalıdırlar. 

Real Time Marketing və sosial media

Real Time Marketing sosial medianın dinamik təbiəti ilə uyğunlaşan və ani hadisələrə sürətlə reaksiya verən marketinq yanaşmasıdır. Bu strategiya, sosial şəbəkələrdə yaranan aktual mövzular, trendlər və hadisələrdən dərhal istifadə edərək markanı gündəmdə saxlayır. Sosial media platformalarının ani paylaşım və yüksək qarşılıqlı əlaqə xüsusiyyətləri Real Time Marketing üçün əlverişli zəmin yaradır. Markalar beləliklə, istifadəçilərin maraqlarına uyğun məzmunları tez və effektiv şəkildə çatdıraraq hədəf kütlə ilə güclü əlaqə qururlar. Real Time Marketing sayəsində sosial mediada brend tanınırlığı artır, auditoriya ilə emosional bağ qurulur və nəticədə markanın rəqabət üstünlüyü güclənir.

Real time marketing strategiyaları

Real time marketing strategiyaları müxtəlif sahələrdə istifadəçilərin qarşısına çıxır və onların davranışlarına uyğun olaraq fərdiləşdirilmiş mesajlarla ünsiyyət qurmağa yönəlib. Bu strategiyanın əsas məqsədi istifadəçi maraqlarına uyğun məzmun yaradaraq onları doğru anda, doğru platformada cəlb etməkdir. Sosial media, axtarış sistemləri, e-poçt kampaniyaları və banner reklamlar vasitəsilə bu tip dinamik yanaşmalar uğurla tətbiq olunur. Nəticədə brendlər həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də real zamanlı reaksiya ilə əlaqə quraraq müştəri ilə daha dərin bağ yaradır.

Hədəf kütlə analizi

Bütün marketinq strategiyalarında olduğu kimi, Real Time Marketing tətbiq etməzdən əvvəl də hədəf kütlə analizinə tam şəkildə bələd olmaq vacibdir. Bu, təkcə sosial media ilə məhdudlaşmamalı, eyni zamanda axtarış sistemlərində istifadəçilərin nələri araşdırdığına, brendinizlə bağlı şərhlərinə və tənqidlərinə də diqqət yetirilməlidir. Məsələn məhsul və xidmətlərlə bağlı şikayətlərin paylaşdığı forumlardan xəbərdar olmaq və həmin məsələlərə real vaxtda həll yolları təqdim etmək brend nüfuzu baxımından son dərəcə önəmlidir.

Sürət

Zaman real time marketing fəaliyyətinin ən vacib elementidir. Gündəmi formalaşdıran trendləri və digər aktual mövzular çox vaxt öncədən proqnozlaşdırıla bilinmir və ani şəkildə meydana çıxır. Buna görə də brendlərin belə hadisələri əvvəlcədən görməsi və onlara uyğun mesajları korporativ qaydalara uyğun çatdırması çətinləşir. Çətin olsa da, bu, artıq bir zərurətə çevrilmişdir. Buna görə də korporativ kommunikasiya üzrə məsul şəxslər, marketinq mütəxəssisləri, rəqəmsal marketinq menecerləri, sosial media mütəxəssisləri və brend menecerləri daim hazır vəziyyətdə olmalıdırlar. Reklam, marketinq, kommunikasiya və media sahəsində fəaliyyət göstərən şəxslər və agentliklər üçün real time marketing-in yaratdığı fürsətləri dərhal dəyərləndirmək kritik əhəmiyyət daşıyır. Təbii ki, bununla da kifayətlənmir, həmçinin bu fürsətlərdən operativ şəkildə istifadə edərək sürətli və doğru addımlar ata bilmək lazımdır.

Düzgün mesajın ötürülməsi

Brendlərin real time marketing yönümlü fəaliyyətlərinin əsas məqsədi diqqət çəkməkdir. Real time marketing tədbirləri vasitəsilə aktual hadisələrlə brend arasında uyğun əlaqələr qurulur və doğru kommunikasiya mesajları yaradılır. Belə kommunikasiya fəaliyyətləri brendin mövcud imicini gücləndirməklə yanaşı, hədəf auditoriyada brendə qarşı müsbət emosiyalar da yaradır. Nəticədə isə həmin brend həm istehlakçıların diqqətini cəlb edir, həm də rəqabətdə üstünlük qazanaraq yadda qalır.

Yaradacılıq

Artıq istehlakçılar brendlərdən yalnız məhsul və ya xidmət təqdim etmələrini deyil, eyni zamanda kreativ olmağı da gözləyirlər. Yaxşı tərəfi isə odur ki, sektorun peşəkarları artıq bu vəziyyət barəsində daha şüurludurlar. Buna görə də kreativ olmaq üçün yaranan hər fürsətdən maksimum istifadə edirlər. Çünki əks halda adi və sıradan kommunikasiya mesajları ilə rəqabətdə irəli çıxa bilməyəcəklərini yaxşı bilirlər. Bir reallıq var ki, real time marketing fəaliyyətlərinin mərkəzində kreativ məzmun dayanır. Daha dəqiq desək, vizual məzmun üstünlük təşkil edir. Gündəmlə bağlı yaradılacaq mesajlar da buna uyğun şəkildə hazırlanmalı və diqqət çəkən olmalıdır. Eyni zamanda mesaj məzmunlu olmaqla yanaşı, bəzən istehlakçıları və izləyiciləri güldürməli, onları sevindirməli və ya pozitiv duyğular yaratmalıdır.

Real time marketinqin faydaları nələrdir?

“Real time marketing necə həyata keçirilir?” sualından sonra onun faydalarından da bəhs etmək vacibdir. Aşağıda real vaxtda marketinqin bir neçə əsas üstünlüyünü təqdim edirik:

  • Müştərilərin ani ehtiyaclarına cavab verir. Bu, onları anında qərar verməyə təşviq edir.
  • Brend ilə hədəf auditoriya arasında əlaqəni gücləndirir, daha yaxın ünsiyyət yaradır.
  • Mövcud müştərilərlə münasibətləri möhkəmləndirir, onların brendə loyallığını  artırır.
  • Qısa zamanda və asanlıqla maraqlı və aktual məzmun yaratmağa imkan verir.
  • Mesajların tez bir zamanda doğru insanlara çatdırılmasını təmin edir.
  • İstifadəçilərin davranışlarını və onların reaksiyalarını izləməyə və analiz etməyə şərait yaradır.
  • Əlaqə və qarşılıqlı təsirin artmasına səbəb olur, bu da daha yüksək iştirak və geri dönüş gətirə bilər.

Real time marketing şirkətlərə müştəri davranışlarını daha dərindən başa düşmək, doğru anda doğru mesaj vermək və satışları artırmaq üçün güclü bir imkan yaradır. Bu strategiya çevik, məlumat əsaslı və reaksiya yönümlü olması ilə rəqəmsal dövrdə uğur qazanmaq istəyən brendlər üçün vacibdir.