Display reklamları istifadəçiləri açılış səhifəsinə (landing page) yönləndirən hərəkətə çağırış (CTA) mesajını mətn və vizual elementlərlə birləşdirən onlayn reklam növüdür. Bu reklamlar adətən veb saytların yuxarı, yan və ya məqalə içi hissələrində görünür. Display reklamları vizual cəhətdən cəlbedici, büdcə baxımından sərfəli və nəticələri asanlıqla ölçülə bilən reklam formasıdır. Buna görə də müasir marketinq strategiyalarında əhəmiyyətli yer tutur. Display reklamlar sayəsində markalar geniş auditoriyaya çatmaq, tanınmaq və yaxşı performans əldə etmək imkanı qazanır. Hədəflənmiş yerləşdirmələr, müxtəlif formatlar və ölçmə vasitələri bu reklamları daha effektiv edir.
Display reklamlarının bir sıra faydaları vardır ki, bu reklam növünün təqdim etdiyi faydalar arasında brend tanınırlığının artması, yenidən hədəfləmənin mümkün olması, digər marketinq alətləri ilə birgə istifadə oluna bilməsi və rahat analiz oluna bilməsi kimi xüsusiyyətlər yer alır. Bu xüsusiyyətlərə dair bəzi məlumatlar aşağıdakı başlıqlar altında izah olunmuşdur:
Yeni müştəri qazanmaq üçün öncə həmin şəxsin sizin brendinizdən xəbərdar olması vacibdir. İnsanlar adətən alış-veriş qərarı verməzdən əvvəl həmin markanı bir neçə dəfə görməlidirlər ki, ona etibar edə bilsinlər. Bir istehlakçı bir marka ilə əməkdaşlıq etməzdən əvvəl onu dəfələrlə görməlidir. Bu da onu göstərir ki, davamlı potensial müştərilər tərəfindən görünmək uğurlu satış üçün əsas şərtlərdən biridir. Display reklamları bu cəhətdən çox effektiv vasitədir. Çünki siz hədəf auditoriyanızın məhsul və ya xidmətə ehtiyacı yaranmadan əvvəl belə onların diqqətini çəkə bilirsiniz. Reklamlar müxtəlif saytlar, bloqlar və mobil tətbiqlər üzərindən yayımlanaraq brend tanınırlığınızı artırır. Beləliklə, müştəri ehtiyac duyduğu anda sizi artıq tanıdığı üçün ilk seçim olaraq sizin brendinizi düşünür, bu da satış imkanlarınızı artırır.
Display reklamların yenidən hədəflənməsi (retargeting) veb saytınızı ziyarət etmiş, lakin alış etməmiş istifadəçilərə onların keçmiş onlayn davranışlarına əsaslanaraq reklamlar göstərmək üsuludur. Bu üsul müştəriyə daha uyğun və maraqlı məzmun təqdim etməklə onu yenidən sayta qaytarmağa yönəlib. Məsələn təsəvvür edin ki, bir geyim saytında qış gödəkçələrinə baxırsınız, amma heç nə almadan saytdan çıxırsınız. Daha sonra başqa bir sayta, məsələn xəbər oxumağa və ya hava proqnozuna baxmağa keçirsiniz. Bu zaman həmin səhifələrdə siz az əvvəl baxdığınız gödəkçənin reklamını görürsünüz. Hətta reklamda “Endirimdə!” və ya “Yalnız bu gün!” kimi diqqətçəkici mesaj da yer ala bilər. Bu, sizin diqqətinizi yenidən həmin məhsula yönəltmək və alış etməyiniz üçün motivasiya yaratmaq məqsədi daşıyır. Beləliklə, retaregeting strategiyası istifadəçilərin maraq dairəsində olan məhsulları yadda saxlayaraq onları təkrar alışa təşviq edir. Bu üsul həm satışları artırır, həm də brend yaddaşını gücləndirir.
Display reklamlarının görüntülənmə xüsusiyyəti digər reklam kanalları üçün güclü bir tamamlayıcı rol oynayır. Sosial media kimi platformalarla birlikdə istifadə edildikdə, bu reklamlar markanın daha geniş auditoriyaya tanıdılmasına və istifadəçilərin yaddaşında daha qalıcı yer tutmasına kömək edir. Bu inteqrasiya edilmiş yanaşma sayəsində istifadəçilər markanı müxtəlif platformalarda görərək ona daha çox etibar etməyə başlayır. Həmçinin, görüntülü reklamlar satış prosesini sürətləndirə və istifadəçinin qərar verməsini asanlaşdıra bilir. Fasilələlərlə verilən reklamlardan fərqli olaraq davamlı və planlı reklam strategiyaları daha güclü təsir göstərir. Display reklamları brendin mesajını dəstəkləyən, müştəri səyahətini tamamlayan və satışları artıran vacib bir vasitədir. Buna görə də onları digər kanallarla birlikdə düşünmək və strateji şəkildə tətbiq etmək daha uğurlu nəticələr verir.
İstifadə etdiyiniz hərəkətə çağırış mesajına (CTA) uyğun olaraq display reklam kampaniyanızın uğurunu müxtəlif marketinq göstəriciləri ilə ölçə bilərsiniz. Hər bir CTA fərqli məqsədə xidmət edir və müştərilərin reklamınıza necə reaksiya verdiyini izləməyə imkan yaradır. Bundan əlavə, reklamlarınızın neçə dəfə klik aldığını (klik sayı) və hər klik üçün nə qədər xərc çəkdiyinizi (CPC – klik başına xərc) izləyə bilərsiniz.
Eyni zamanda kampaniyanızın təsirini ölçmək üçün konversiya nisbəti (Conversion Rate - CVR) və reklam xərcinin gətirdiyi gəlir (ROAS- Return on Advertising Spend) kimi göstəricilərdən istifadə edə bilərsiniz. Bu statistik məlumatlar sizə reklamınızın performansını daha detallı şəkildə qiymətləndirməyə imkan verir. Beləliklə, reklamınızın hədəf auditoriyada nə dərəcədə uğurlu olduğunu öyrənə, müştərilərin hansı mesajlara daha çox reaksiya verdiyini müəyyən edə bilərsiniz. Bu həm də gələcək kampaniyalarınız üçün daha effektiv reklam strategiyaları hazırlamağa imkan yaradır. Əlavə olaraq, müştərilərin hansı qruplarının brendinizdən daha çox alış etdiyini təyin edə və onlara uyğun mesajlar yarada bilərsiniz.
Display reklamlarının qiymətləri dəyişkəndir, lakin onların elastik xüsusiyyətləri bu reklamları ən sərfəli üsullardan birinə çevirir. Ənənəvi reklamlarda reklam yayımlandıqdan sonra mesajı, vizualları və ya hərəkətə çağırışı dəyişmək mümkün deyil. Bu səbəblə reklam gözlənilən nəticəni vermədikdə hər əməliyyat üzrə xərc artır. Display reklamları isə dinamik quruluşa sahibdir və reklamverənlər kampaniya davam etdiyi müddətdə dəyişiklik edə bilirlər. Bu da markaların reklam kampaniyalarını daha effektiv şəkildə optimallaşdırmasına imkan verir. Beləliklə, şirkətlər büdcələrini daha səmərəli istifadə edə bilər və bu da nəticədə reklam xərcləri azalmasına səbəb olar.
Display reklamları brendlərin rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmasına, tanınırlığını artırmasına və müştərilərlə uzunmüddətli əlaqə qurmasına kömək edir. Bu reklamlar vasitəsilə müştərilərin diqqətini məhsul və xidmətlərinizə yönəldə, onların satınalma qərarlarına təsir edə bilərsiniz. İnteqrasiya edilmiş strategiyalar və yenidən hədəfləmə üsulları ilə istifadə edildikdə, müştəri səyahətini daha effektiv hala gətirmək mümkündür. Bundan əlavə, display reklamlarının performansı asanlıqla ölçülə bilir və bu da brendlərə kampaniyalarını daim optimallaşdırmaq imkanı verir. Nəticə olaraq, düzgün istifadə edilən display reklamları həm marka tanıtımını, həm də satışları artıran güclü bir marketinq vasitəsidir.