Affiliate marketing bir şirkətin məhsul və ya xidmətlərinin reklamını edərək satış gətirən şəxslərə komissiya ödədiyi bir qazanc modelidir. Bu sistemlə işləyən şəxslər şirkətə gətirdikləri hər müştəri və satışdan müəyyən faiz və ya məbləğdə gəlir əldə edirlər. Affiliate marketing-in əsas prinsipi sadədir:
Bu marketinq növü ən çox seçilən və sürətlə yayılan rəqəmsal marketinq üsullarından biridir. Xüsusilə e-ticarət saytları, onlayn bazarlar, mobil tətbiqlər və sosial media hesabları üçün geniş istifadə olunur. Affiliate marketing-lə məşğul olan şəxslər (affiliate-lər) adətən:
Buna görə də böyük auditoriyaya malik olmaq, etibarlı izləyici kütləsi yaratmaq qazancı daha da artırır. Qısaca desək, Affiliate marketing — şirkətin məhsulunu və ya xidmətini tanıdaraq qazanc əldə etməyin asan və sərfəli yoludur.
Affiliate marketing və ya digər adı ilə tərəfdaş marketinqi onlayn gəlir əldə etməyin effektiv yollarından biridir. Əgər bir bloggersinizsə və saytınızda müxtəlif markaların məhsullarını reklam etmək istəyirsinizsə, müştəri qazanmaq və gəlirinizi artırmaq üçün bəzi vacib strategiyalara əməl etməlisiniz.
Birinci və ən vacib addım keyfiyyətli məzmun yaratmaqdır. Uğurlu tərəfdaş marketinqinin əsasında yaxşı məzmun dayanır. Oxuyucuların etibarını qazanmaq və sayta daimi ziyarətçi cəlb etmək üçün maraqlı, faydalı və dolğun məqalələr hazırlamaq vacibdir. Çünki nə qədər çox ziyarətçi və daimi oxuyucu qazansanız, bir o qədər çox məhsul sata və qazanc əldə edə bilərsiniz. Digər tərəfdən, şirkətlər də peşəkar və səviyyəli məzmun yaradan şəxslərlə işləmək istəyir. Buna görə həm müntəzəm, həm də yüksək keyfiyyətli məzmun paylaşmağa çalışın.
İkinci vacib strategiya SEO üzərində işləməkdir. Məhsullarınızı tanıtdığınız məqalələr axtarış motorlarında üst sıralarda yer almalıdır ki, daha çox insan onları görə bilsin. Bunun üçün məhsulla əlaqəli doğru açar sözlər seçmək və məqalələrdə düzgün şəkildə istifadə etmək lazımdır. SEO qaydalarına əməl etməklə saytınıza gələn trafiki artırmaq mümkündür.
Üçüncü olaraq, sosial medianı aktiv şəkildə istifadə etmək vacibdir. Təkcə saytınızda məzmun paylaşmaq kifayət etmir. Blog yazılarınızı Facebook, Instagram, TikTok, Twitter və digər sosial şəbəkələrdə paylaşaraq daha geniş auditoriyaya çata bilərsiniz. Sosial media həm də markanızı tanıtmaq, oxuyucu sayını artırmaq və daha çox məhsul satmaq üçün əvəzsiz vasitədir. Sosial media üçün ayrıca paylaşım strategiyası quraraq paylaşımlarınızın daha çox insana çatmasına nail ola bilərsiniz.
Dördüncü və sonuncu strategiya isə upselling, yəni daha dəyərli və bahalı məhsulların tövsiyə olunmasıdır. Məsələn oxuyucuya sadə bir məhsul təqdim etdikdən sonra ona daha yaxşı nəticə verə biləcək premium məhsulları da təklif edə bilərsiniz. Lakin bu zaman digər məhsulları pisləmədən sadəcə daha keyfiyyətli məhsulun üstünlüklərini vurğulamaq lazımdır. Müştərilər daha yaxşı nəticə əldə etmək üçün daha çox pul ödəməyə hazır ola bilərlər.
Beləliklə, uğurlu affiliate marketing üçün əsas addımlar bunlardır: keyfiyyətli məzmun yaratmaq, SEO qaydalarına əməl etmək, sosial medianı aktiv şəkildə idarə etmək və ağıllı satış (upselling) texnikalarından istifadə etmək. Bu strategiyalara əməl etsəniz, həm müştəri sayını, həm də qazancınızı xeyli artırmaq mümkündür.
Affiliate marketing (Tərəfdaş marketinqi) onlayn gəlir əldə etməyin ən populyar və effektiv yollarından biridir. Bu marketinq üsulunun bir çox üstünlükləri mövcuddur. Gəlin, bunlara daha ətraflı nəzər salaq:
1) Əhəmiyyətli gəlir imkanı yaradır: Affiliate marketing-in ən böyük üstünlüklərindən biri yaxşı qazanc əldə etmək imkanıdır. İnsanlar çox aşağı maliyyətlərlə başladığı bu marketinq növü vasitəsilə daimi və yüksək gəlir əldə edə bilərlər. Bu sistemdə məhsulu və ya xidməti reklam edən şəxs hər satışdan və ya klikdən komissiya qazanır, şirkət isə müştəri, satış, klikləmə və trafik əldə edir. Yəni həm reklam edən, həm də şirkət üçün qarşılıqlı qazanc mövcuddur.
2) İştirakı asandır: Affiliate marketing qoşulması və işləməsi asan olan marketinq növüdür. İnsanlar evdən çıxmadan, uzaqdan işləyərək 7/24 gəlir əldə edə bilərlər. Lakin qeyd etmək lazımdır ki, bəzi şirkətlərin özəl şərtləri və tələbləri ola bilər. Ona görə də, "Affiliate marketing necə edilir?" sualına cavab axtararkən, hər bir şirkətin tələbləri diqqətlə araşdırılmalıdır. Sadə görünməsinə baxmayaraq bir çox şirkət müxtəlif əməkdaşlıq şərtləri təqdim edir. Son dövrlərdə bu sahənin sürətlə məşhurlaşması səbəbilə bəzi nəzarət və yoxlamalara da məruz qalır.
3) Karqo və məhsul satışı prosesi yoxdur: Affiliate marketing-in digər üstünlüyü odur ki, siz məhsulu alıb satmırsınız, anbarda saxlamırsınız, karqo ilə məşğul olmursunuz. Sadəcə məhsulu və ya xidməti tanıdırsınız. Reklam verən şəxs məhsulu video, məqalə, şəkil, istifadə nümunəsi və digər üsullarla auditoriyaya təqdim edir. Sonrakı karqo, satış, geri qaytarma və digər proseslərə isə qarışmır.
4) Şirkətlər üçün sərfəlidir: Affiliate marketing yalnız reklam edən şəxslər üçün deyil, şirkətlər üçün də çox sərfəlidir. Şirkətlər bu üsulla az xərclə daha çox məhsulu müxtəlif kanallar vasitəsilə tanıda bilirlər. Əlavə olaraq, standart reklamlardan daha çox trafik və satış əldə edirlər. Affiliate marketing şirkətlərə həm də geniş auditoriyaya çıxmaq, doğru hədəf kütləsinə çatmaq və böyümək imkanı yaradır.
5) 7/24 gəlir və tanıtım imkanı: Affiliate marketing əsasən sosial media və onlayn platformalar üzərindən həyata keçirilir. Buna görə də, bir məhsul və ya xidmətə yönləndirilən link sayəsində sayt 24 saat aktiv trafik ala bilir. Bu isə o deməkdir ki, siz yatarkən belə gəlir əldə edə bilərsiniz. Paylaşdığınız linklər və məqalələr davamlı olaraq satış gətirmə potensialına malikdir.
Affiliate marketing-in bir çox üstünlükləri ilə yanaşı, bir çox çatışmazlıqları da var. Affiliate marketing-in əsas mənfi tərəflərininə aşağıdakılar aid ola bilər:
1) Zaman aparır: Affiliate marketing-də uğurlu olmaq və gəlir əldə etmək üçün orqanik izləyici kütləsinə sahib olmaq vacibdir. Xüsusilə şirkətin tələb etdiyi sosial media platformalarında böyük və aktiv izləyici sayı toplamaq lazımdır. Lakin bu izləyici kütləsini yaratmaq qısa müddətdə mümkün olmur, xeyli vaxt və səbir tələb edir.
2) Reklam məhdudiyyətləri var: Bəzi affiliate marketing proqramlarının öz reklam qaydaları və məhdudiyyətləri olur. Məsələn bəzi şirkətlər e-poçt marketinqinə icazə vermir və yalnız müəyyən açar sözlərlə PPC (Pay Per Click) reklamı etməyə icazə verir. Bu cür məhdudiyyətlər reklam strategiyanızı məhdudlaşdıra bilər.
3) Fərqli ödəniş şərtləri mövcuddur: Bir çox tərəfdaşlıq (affiliate) proqramı gəlirinizi dərhal ödəmirlər. Adətən, müəyyən bir məbləğdə satış etdikdən sonra ödəniş almaq mümkündür. Yəni, az satış etdiyiniz zaman pul qazana bilməzsiniz. Bu da yeni başlayanlar üçün çətinlik yarada bilər.
"Affiliate marketing nədir?" sualının cavabını artıq bilirsiniz. Bəs hansı üsullarla bu marketinq növündən gəlir əldə edə bilərsiniz? Aşağıda affiliate marketing-ə aid ən çox istifadə olunan üsulları sadalayırıq:
1) Reklamlar və bannerlər vasitəsilə reklam etmək: Affiliate məhsullarını və xidmətlərini tanıtmaq üçün ən sadə və açıq üsullardan biridir. İstər bloq saytınız, istər şəxsi veb saytınız, istərsə də YouTube kanalınız olsun, banner reklamları ilə tərəfdaş olduğunuz məhsulların reklamını edə bilərsiniz. Məhsulla və ya xidmətlə maraqlanan ziyarətçilər reklama klik edəcək və şirkətin satış səhifəsinə yönləndiriləcəklər. Bağladığınız müqaviləyə əsasən siz də ya klik başına, ya da satış başına komissiya qazanacaqsınız.
2) Sosial mediada link paylaşmaq: Affiliate marketing-in başqa bir sadə və təsirli yolu — sosial mediada link paylaşmaqdır. Siz Instagram, Facebook, TikTok, YouTube kimi platformalarda paylaşımlarınızda, hekayələrinizdə, videolarınızda məhsul linklərini paylaşa bilərsiniz. İzləyiciləriniz bu linklərə klik edib alış etdikdə, siz hər satışdan gəlir əldə edəcəksiniz.