Günlük ən azı 1000 unikal girişi olan istənilən sayt qeydiyyatdan keçib qoşulmaq üçün müraciət edə bilər.
Saytların təsdiqi zamanı onların keyfiyyəti və məzmunu nəzərə alınır. Rədd cavabı alan saytlar 3 aylıq müddətdən sonra problemləri aradan qaldırdığı təqdirdə təkrar müraciət edə bilər.
Bəzi hallarda saytlardan Google Analytics və ya digər sayğac məlumatları istənilə bilər.
Qeydiyyatdan keçəndən sonra müraciətiniz Smartbee tərəfindən araşdırılır və ən geci 3 iş günü ərzində təsdiqlənir.
Bəzi hallarda saytınızın texniki göstəricilərinə və məzmununa görə, rədd cavabı verilə bilər.
Reklam yerlərinin sayı (hər səhifədə maksimum 4 ) önəmlidir. Amma daha önəmli olan o reklamların daha görünən və cəlbedici yerdə yerləşdirilməsidir.
Saytın kontentindən və dizaynından asılı olaraq reklam slotlarının sayı dəyişə bilər.
Standart olaraq hər səhifədə maksimum 4 slot yerləşdirilə bilər.
SmartBee platformasına qoşulan yayınçılar hesabındakı cari təsdiqlənmiş balansı növbəti ayda (bütün müvafiq sənərlər təqdim olunduqdan 30 gün sonra) ala bilər. Bunun üçün
QEYD: Yığılan məbləği çıxarda bilməyiniz üçün təsdiqlənmiş balans minimum 50 AZN olmalıdır.
SmartBee platformasının partnyorlarından olan Google şirkəti tərəfindən reklamların bloklanması halında isə, yayınçının ümumiyyətlə ödəmə hesabı bağlanır.
SmartBee platformasında Moat, İnnovid, DoubleVerify və s. anti-fraud (saxtakarlıq əleyhinə) sistemlərinin kodları da işləyir.
SMARTBEE MMC
VOEN: 1702851971
Bankın adı: Bank of Baku ASC Mərkəz filialı
Bank VOEN:1700038881
Kod: 507592
SWIFT: JBBKAZ22
M/h: AZ27NABZ01350100000000007944
H/h: AZ89JBBK00380300001634854A75
Direktor: Kərimov Fərid
Eletron qaimə-faktura vurulduqda mütləq reklamın yayımlandığı saytın adı və period (məbləğin hansı ay üçün hesablandığı) qeyd olunmalıdır. E-qaimədə bu qeydlər olmadığı zaman onlar geri qaytarılır.
SmartBee sistemi ilə müqavilə bağlamaq üçün hazır şablondan istifadə edə bilərsiniz.
Qazanc saytın mövzusundan, zonanın ölçüsündən, hansı səhifədə qoyulmasından, ona nə qədər klik olub-olmamasından asılı olaraq dəyişir.
Premium, maraqlı və orijinal kontenti olan, banner zonaları cəlbedici olan saytlarda qazanc üçün CPM/CPC daha yüksək olur.
Standart olaraq saytlarda bannerlər və in-page videolar üçün qiymətlərlə aşağıda tanış olmaq olar.
Format | Qiymət |
300x250 | ₼ 0,05 |
320x100 | ₼ 0,05 |
728x90 | ₼ 0,05 |
300x600 | ₼ 0,05 |
160x600 | ₼ 0,05 |
120x600 | ₼ 0,05 |
pop-up | ₼ 4,00 |
fullscreen | ₼ 5,00 |
3D cube banner | ₼ 0,40 |
in-page | ₼ 2,00 |
vertical in-page | ₼ 3,00 |
sentence ad | ₼ 0,10 |
news+image block | ₼ 0,10 |
Susqun olaraq, standart veb-saytlarda CPC də reklam bannerləri üçün 0.05 AZN məbləğində müəyyənləşdirilib.
Özəl saytlar üçün qiymətlər danışıq əsasında müəyyənləşdirilir. Bunun üçün bizimlə əlaqə saxlayın.
Əlaqə üçün telefon: +994702011514
E-mail: [email protected]