Ödəməni aşağıdakı formalarda etmək mümkündür:
SmartBee platformasında həm CPM (hər 1000 göstərimə görə), həm də PPC (pay-per-click, yəni hər klikə görə ödəniş) ilə qiymət hesablanması həyata keçirilir. Reklamların qiyməti müxtəlif faktorlardan (reklamverən şirkət, onun büdcəsi, reklam kreativinin cəlbedici olması, targetinq parametrləri və s.) asılı olaraq dəyişir.
Başlanğıc qiymət olaraq CPM və CPC üçün minimal standart qiymət 0.20 AZN-dir.
Minimum ilkin balans məbləği 10 AZN-dir.
Reklamlarınız SmartBee-yə qoşulmuş çoxsaylı internet saytlarında - sizin sifarişin məbləğinə uyğun olaraq, sistem tərəfindən avtomatik və ağıllı alqoritmlər tərəfindən göstərilir. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret kateqoruyalarda görünməsini də ayarlaya bilərsiniz.
SmartBee Azərbaycanda ən geniş və funksional targetinq imkanlarını təklif edən sistemdir. Aşağıdakı paramterlər üzrə hədəfləmə imkanları var:
Açar-kəlmələr üzrə reklam (sizin reklamınız yalnız kontentində seçdiyiniz söz olan səhifələrdə yayımlanacaq) ən effektiv və bənsərsiz hədəfləmə imkanımızdır.
Biz daimi və uğurlu müştərilərimiz üçün xüsusi hədəfləmə imkanları da yaradırıq.
Reklamın məhz hansı saytlarda görünməsini, eləcə də hansı saytlarda görünməsinə qadağa qoyulmasını (bloklanmasını) seçmək mümkündür.
Qeyd edək ki, hədəfin daralması reklamların yerləşmə qiymətinə təsir edir.
Ən populyar reklam ölçüləri: 300x250, 160x600, 320x100 və 728x90. Bu ölçülər daha çox sayt tərəfindən yerləşdirilmişdir.
SmartBee Azərbaycanda ən geniş dijital reklam formatlarını dəstəkləyən resursdur.
Özəl sifarişlər üçün fərqli format və ölçülər də hazırlayırıq.