Haqqımızda

Vaxt var idi ki, gecələr yatmırdıq.

Vaxt var idı ki, kiçik bir bloqu sistemimizə qoşmaq üçün saatlarla danışıq aparırdıq.

Vaxt var idi ki, Azərbaycanda ən yaxşı yerli marketinqi avtomatlaşdırma aləti yaratmaq üçün gecə-gündüz işləyirdik.

İndi isə biz Azərnbaycanda ən böyük əhatə dairəsi olan #1 platformayıq. Məqsədimiz funksional, effektiv və ən son texnologiyalardan istifadə etməklə rəqəmsal marketerlər üçün aləti inkişaf etdirməkdir.

Biz Azərbaycanda ən böyük reklamverənlərlə, media holdinqlərlə, müxtəlif vebsaytlarla və İT peşəkarlarla əməkdaşlıq edirik. Ünsiyyəti və yeni imkanları dəyərləndirməyi sevirik. Bizimlə əlaqə saxlamaq, bir fincan isti çayımızı şirniyyatla yemək (şirniyyatı çox sevirik) istəsəniz, ofisimizdə sizi gözləyirik.